Bayram günləri "ASAN xidmət" işləyəcək? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 8, 9 və 10 noyabr tarixlərində bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
11 noyabr tarixindən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı "ASAN xidmət" mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
11, 12 və 13 noyabr tarixlərinə hazır sənədlərini 2 saylı Bakı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə, 5 saylı Bakı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan isə 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etmələrini xahiş edirik.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...