Bayılda SƏS PROBLEMİ: Binada quraşdırılan qurğu ilə bağlı qurumdan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi, 10 ünvanındakı çoxmərtəbəli binada quraşdırılan qurğu sakinlərin rahatlığını pozub.
Onların sözlərinə görə, bu qurğudan gələn səs xüsusilə axşam saatlarında vəziyyəti dözülməz edir. Sakinlər səsdən yata bilmədiklərini bildiriblər.
"Səsə görə qapı-pəncərəni aça bilmirik. Telefonla danışmaq mümkün deyil. Qonaq gələndə 5 dəqiqə rahat söhbət edə bilmirik", - deyə sakin mövcud vəziyyətdən şikayətlənib.
Mənzil-Tikinti Kooperativindən isə məsələ ilə bağlı bildirilib ki, sözügedən istilik infrastrukturundan gələn səsdən məlumatlıdırlar:
"Problemin aradan qaldırılması üçün artıq texniki işlərə başlanılıb. Eyni zamanda, bir neçə müvafiq ixtisaslaşmış şirkətlə danışıqlar aparılır və yaxın müddətdə problemin tam şəkildə həll edilməsi nəzərdə tutulur".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...