Başqa qazanda bişirə bilməzsən: Səməni halvası necə hazırlanır?

Baku TV Şamaxı rayonunun ucqar dağ kəndlərindən biri hesab olunan Dəmirçi kəndində olub.
Jurnalist kənd sakinlərinin yüzillərdir qoruyub saxladıqları, Novruz süfrəsinin olmazsa olmazı sayılan səməni halvasının hazırlanma qaydası ilə tanış olublar.
"Bir kiloqram buğdanı yuyub təmizlədikdən sonra cücərməsini gözləyirik. Daha sonra cücərmiş buğdanı ət maşınında çəkirik və sıxıb suyunu alırıq. Sonda həmin su ilə xəmiri yoğurub bişiririk", - deyə sakin söyləyib.
Sakinlər deyir ki, Novruzda səməni halvası mütləq olmalıdır və bu halvanı nazik qazanlarda yox, ancaq mis qazanda bişirmək lazımdır. Çünki nazik qazan deşilə bilər.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xaçmazda qiyməti 10 qəpiyə düşən pomidor sahələrdə qalıb, fermerlər ciddi zərərlə üzləşiblər
Xaçmaz rayonunda yetişdirilən tonlarla pomidor alıcı olmadığına görə sahələrdə qalıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hər il Xaçmazda hektarlarla açı...