Baş Prokurorluğun Mətbuat Xidmətinə yeni rəhbər təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni rəhbərinin təyinatı təsdiqlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Günay Səlimzadə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, ötən ay Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.
Oxşar xəbərlər
Eldar Sultanov yeni vəzifəyə təyinat alıb
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni vəzifəyə təyinat alıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq...