Baş Prokuror Zakir Qaralov Fuad Qəhrəmanlı ilə bağlı danışdı

Baş Prokuror Zakir Qaralov Fuad Qəhrəmanlı ilə bağlı danışdı
Sosial 568
"AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində QHT-lərin müraciəti Baş Prokurorluqda baxılma ərəfəsindədir".BAKU.WS "apa"ya istinadən xəbər verir ki, bu barədə Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, qadın və uşaq hüquqlarını müdafiə edən Qeyri Hökumət Təşkilatları Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı Baş Prokurorluğa müraciət ediblər: "Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq".Z.Qaralov deyib ki, bu gün özünü müxalifət adlandıran vətəndaşların hüquqların müdafiəsi üzrə özlərinə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar: "Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlarda vaxtında bir tədbir görməyiblər və heç bir məlumat verməyiblər".

Oxşar xəbərlər

Qadın təşkilatlarından Fuad Qəhrəmanlı və Selcanla bağlı - BƏYANAT

Qadın təşkilatlarından Fuad Qəhrəmanlı və Selcanla bağlı - BƏYANAT

Azərbaycanda fəaliyyət göstərən bir neçə qadın, uşaq və ailə təşkilatı AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı və övladı Selcanla bağlı qalmaqalla bağlı bə...

703 Hadisə 17:19 24 sentyabr 2019

Son xəbərlər