Baş həkim peyvənd olundu: "Özümü yaxşı hiss edirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova koronavirus infeksiyasına qarşı peyvənd olunub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, baş həkim peyvənddən sonra özünü yaxşı hiss etdiyini deyib.
“Vaksindən sonra hələlik özümü yaxşı hiss edirəm. Çünki allergiyam və xroniki xəstəliyim yoxdur”, - K.Cabbarova qeyd edib.
O həmçinin əlavə edib ki, poliklinikada peyvənd olunmamışdan qabaq şəxslərin ilk növbədə təzyiqi, bədən hərarəti və hər hansı xroniki xəstəliyinin olub-olması yoxlanıldıqdan sonra vaksin otağına göndəriləcək.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya prosesinə başlanıldı - FOTO
Bu gün ölkədə koronavirusla mübarizə çərçivəsində vaksinasiya prosesi başlayıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, vaksinasiyaya ilkin mərhələdə tibb i...