Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Yoluxucu xəstəlikləri evdə müalicə etmək olmaz. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. Bunun da koronavirusla əlaqəsi yoxdur. Bütün hallarda yoluxucu xəstəliklər təhlükəlidir”.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.
O, Yeni TV-yə müsahibəsində bildirib ki, tənəffüs yolu xəstəliklərində pnevmaniyanın yaranmasına insanlar özləri səbəb olurlar: “Vaxtında həkimə müraciət etməyəndə ağırlaşma baş verir və nəticədə ağciyərlər sıradan çıxır”.
İ.Ağayev vurğulayıb ki, ölkədə koronavirusa yoluxan və vəfat edən tibb işçiləri də var: “Bu gün tibb müəssisələrində müasir tələblərə cavab verən qoruyucu vasitələr kifayət qədərdir və tibb işçiləri arasında bu virusa yoluxan olubsa, bu, onun səhlənkarlığı ucbatından baş verib. Çünki bu vasitələrlə yoluxma ehtimalı çox azdır”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...