Baş direktor: Urmiya gölünün sahəsi 210 kv.km azalıb
Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün sahəsi 210 kv.km azalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstgahi "Mehr" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu il aprelin 5-də gölün su olan ərazisi 1140 kv.km təşkil edib: "Ötən ilin uyğun dövründə bu göstərici 1350 kv.km olub".
Baş direktor bildirib ki, Urmiya gölünün səviyyəsi hesabat dövründə 1270,28 metr olub: "Ötən ilin eyni dövründə bu rəqəm 1270,34 metr idi. Bu da onu göstərir ki, göldə suyun səviyyəsi də azalır".
Məcid Dəstgahi Urmiya gölündə suyun həcminin azaldığını da söyləyib: "Hazırda suyun həcmi 1,63 milyard kubmetrdir. 2018-ci ilin hesabat dövründə isə bu göstərici 1,8 milyard kubmetr idi".
O, martda yağıntıların miqdarının da ötən ilin eyni dövrü ilə müqayisədə 49,6 faiz azaldığını qeyd edib: "Növbəti aylarda yağıntıların miqdarı azalarsa, Urmiya gölünün vəziyyəti problemli olaraq qalacaq".
Oxşar xəbərlər
Pnevmoniya sürətlə yayılır? - İnsanların gec sağalma SƏBƏBLƏRİ
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Azərbaycanda pnevmoniyanın kütləvi şəkildə yayılması iddial...