Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər
Yeniliklərdən dərhal xəbərdar olun
"Balakhani Operating Company LTD" hasilat şirkəti və FHN-nin Dövlət Neft Şirkəti Obyektlərinin Yanğından Mühafizə İdarəsi əməkdaşlığı gücləndirir.
BAKU.WS xəbər verir ki, bununla bağlı tərəflər birgə seminar təşkil ediblər.
Hasilat şirkətinin SƏTƏM və MM departamentinin böyük mühəndisi Elmir Alməmmədov profilaktika sektorunun əməkdaşları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi məqsədi ilə şirkətin SƏTƏM qaydaları, xüsusilə də, qapalı sahələrdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bilik və bacarıqlara dair təqdimat keçirib.
Müzakirələr zamanı zədə və xəsarətlərin qarşısının alınması ilə bağlı qarşılıqlı bilik mübadiləsi aparılıb, eləcə də yanğın təhlükəsizliyi qaydaları mövzusunda İdarənin profilaktika sektorunun əməkdaşları ilə seminarların davam etdirilməsi razılaşdırılıb.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...