Balakəndə polisin reydlərinə könüllülər də qoşuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən rayonunda könüllülər koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin vətəndaşlar arasında geniş təbliğ olunması məqsədilə polis əməkdaşları ilə birgə maarifləndirmə tədbirlərinə qoşulublar.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, könüllü gənclər COVID-19 virusundan qorunma üsulları, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat əks etdirilən bukletləri vətəndaşlara təqdim ediblər. Həmçinin koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə sakinlərə məlumat veriblər. Könüllülər və polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Oxşar xəbərlər
“Buzlu şüşə” ilə bağlı daha bir AÇIQLAMA
ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov COVİD-19 infeksiyası və heç də ondan az aktual olmayan digər xəstəliklərlə bağlı suallar...