Bakıətrafı qəsəbələrin qazı kəsiləcək
Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
BAKU.WS SOCAR-ın rəsmi internet səhifəsinə istinadən məlumat verir ki, avqustun 29-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zabrat-2”, "Maştağa”, "Nardaran” və "Bolqarıstan”, Qazax magistral qaz kəmərləri sahəsinin "Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işləri aparılan müddətdə Bakı şəhəri Sabunçu rayonunun Maştağa, Nardaran, Zabrat-1, Zabrat-2, Bilgəh, Kürdəxanı, Pirşağı və Nardaran, həmçinin Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabah bu rayonlarda qaz olmayacaq
Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də saat 10:...