Bakının mərkəzində ilan satılır (VİDEO)
Bakının mərkəzində ilan satılır.
BAKU.WS-in məlumatına görə, xezerxeber.az-ın votsap nömrəsinə maraqlı bir video göndərilib. Görüntülərdən aydın olur ki, bir şəxs əlindəki kisədən ilanlar çıxararaq ətrafdakılara nümayiş etdirir.
Özüdə canlı ilanları. Bu mənzərə paytaxtın mərkəzində, Səməd Vurğun parkında yaşanıb. Məlumata görə həmin şəxs gəzdirdiyi su ilanlarını bir manata satıb.
Bakıda ilan satılıb. Özü də diri diri. İlanları kisədən çıxararaq ətrafdakılara nümayiş etdirir. Gah əlində saxlayır, gah da yerə buraxır. Görüntülər fotoqraf Valeh Arifoğlu tərəfindən mobil telefonla çəkilərək vatsap nömrəmizə göndərilib
Məlumata görə kadrlar dünən paytaxtın mərkəzində insanların sıx olduğu Səməd Vurğun parkında lentə alınıb.İlanı kisədə gəzdirən şəxsinin dediklərindən belə başa düşülür ki, onlar su ilanlarıdır. Fotoqrafın dediyinə görə həmin ilanları 1 manata satılıb.
Su ilanlarının satıldığı iddia edilən parka getdik.Orada tez-tez dincələn ağsaqqal dünən belə mənzərə ilə qarşılaşdığını təsdiqləyib.
Məsələ ilə bağlı açıqlama verən ekoloq Telman Zeynalov su ilanlarının insanların sıx olduğu məkanda satışının düzgün olmadığını bildirir. Onun sözlərinə görə su ilanları təhlükəli və zəhərli olmasalar da, onları görən insanlar stress keçirə bilərlər.
Elə şəhər sakinləri ictimai yerdə ilan satışını düzgün hesab etmirlər. Vətəndaşlar, adətən bazarlarda satılan su ilanlarının parka diri olaraq gətirlməsini təsadüfü hal hesab ediblər.
BAKU.WS
Oxşar xəbərlər
Bakının məşhur ticarət mərkəzində erməni bayraqlı geyimlər satılır (FOTO)
"Sədərək” ticarət mərkəzində Ermənistan bayraqlı geyimlər satılır. BAKU.WS-in məlumatına görə, futbolkalar yaxasında alma işarəsində erməni bayrağı əks olunub...