Bakının böyük prospektində tunel bağlanır
                            
                                17
                                iyl
                            
                                2018
                                11:19
                            
                            
                        Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.Məlumatda qeyd edilib ki, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək: "Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - deyə məlumatda bildirilib.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
DİQQƏT! Bu küçədə yol tam bağlanır
Bakıda küçələrin birində hərəkət tam məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Mir Cəlal küçəsinin y...