Bakının 3 rayonunda təhlükə - VİDEO
08
sen
2018
09:21
Bakının bəzi rayonlarında evlər subasma təhlükəsi ilə qarşı-qarşıyadır.BAKU.WS xezerxeber.az-a istinadən məlumatına görə, Sabunçu, Xəzər və Binəqədi rayonlarında subasma prosesinin dinamikasinda gərginlik müşahidə olunur.Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik var.Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində stabil gərginlik qeydə alınıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, payız aylarında yağıntıların başlaması ilə sözügedən ərazilərdə evlərin həyətləri su ilə dola bilər.Ə. Qaralov onu da bildirib ki, subasma təhlükəsinin olması yeni salınan yaşayış sahələrində bəzi amillərin nəzərə alınmaması səbəbindən yaranır. Hazırda isə Bakıda bəzi yaşayış yerlərində sürüşmə prosesində də aktivlik müşahidə edilir. Bayıl yamacında isə mütəmadi olaraq müşahidələr aparılır.Əziz Qaralovun sözlərinə görə, yağıntıların başlaması ilə digər rayonlarda da subasma və sürüşmə prosesinin aktivləşəcəyi istisna edilmir.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:BAKU.WShttps://youtu.be/otVlvxkrtbI
Oxşar xəbərlər
Masazır sürüşmə sahəsində qrunt suları yer səthinə çıxıb
Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillərin təsirindən sürüşmə prosesində nisbi aktvlik qeydə alınmayıb, amma yamacın aşağı hissəsində qrunt sul...