Masazır sürüşmə sahəsində qrunt suları yer səthinə çıxıb
01
may
2018
22:55
Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillərin təsirindən sürüşmə prosesində nisbi aktvlik qeydə alınmayıb, amma yamacın aşağı hissəsində qrunt sularının yer səthinə çıxışı izlənilir.BAKU.WS bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.Nazirlik rəsmisi qeyd edib ki, Binəqədi rayonu Binəqədi 1-ci yaşayış sahəsində əraziyə düşən atmosfer yağıntıları və texnogen amillərin təsirindən subasma prosesinin dinamikasında aktivlik müşahidə edilib.Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsində, "Savalan" və "Daş karxanası" yaşayış massivlərində, Zabrat-Məhəmmədi subasma sahəsində, Xəzər rayonunun Qala qəsəbəsində subasma sahəsində nisbi aktivlik qeydə alınıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bir neçə yaşayış məntəqəsi subasma təhlükəsi qarşısında
Bakının subasma sahələrində vəziyyət açıqlanıb.BAKU.WS-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin g...