Bakıya AVRO-6 standartlı CNG avtobusları gətirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıya yeni istehsalat bazasının və müasir AVRO-6 standartlarına cavab verən, ekoloji təmiz CNG yanacaq mühərrikli “OTOKAR KENT LF CNG” markalı avtobuslar gətirilib.
BAKU.WS xəbər verir ki, avtobuslar 20 ilə yaxındır Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti tərəfindən gətirilib.
Bu gün yeni gətirilən avtobusların təqdimatı mərasimi keçirilib.
Tədbirdə çıxış edən şirkətin idarə heyətinin sədri Faiq Seyidov yeni istehsalat bazasının paytaxtın ictimai nəqliyyat infratstrukturunda əhəmiyyətli yer tutacağını bildirib. Burada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsinin mümkünlüyünü, həmçinin onlara texniki xidmətin göstəriləcəyini qeyd edən F.Seyidov istehsalat bazasında “Azpetrol LTD” MMC tərəfindən müasir yanacaqdoldurma məntəqəsinin qurulduğunu əlavə edib.
Layihə çərçivəsində ölkəmizə gətirilməsi nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı “Xaliq Faiqoğlu” şirkətinə təhvil verilib. Geridə qalan bir neçə gün ərzində onlara müasir ödəniş cihazları quraşdırılıb.
23 fevral tarixindən bu avtobuslar marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək.Şirkət rəhbəri bildirib ki, Bakıya gətirilmiş 50 yeni avtobusdan 2 ədədi 18,70 metr olmaqla qoşqulu və 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarında sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq.
“Prezident İlham Əliyevin sahibkarlığa göstərdiyi ali qayğı və diqqət bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafına ən böyük dəstəkdir. Daim dövlətimizin dəstəyini yaxından hiss etmişik və bu bizi yeni layihələr həyata keçirməyə ruhlandırıb. Hazırda “PAŞA Bank”la əməkdaşlıq çərçivəsində həyata keçirdiyimiz layihənin ümumi dəyəri 55 milyon manatdan artıqdır. Xüsusi vurğulamaq istəyirəm ki, bu, bizim son layihəmiz deyil, 20 il əvvəl çıxdığımız bu yola həmişəki həvəs və enerji ilə davam edəcəyik”.
Təqdimat mərasiminin yekununda istehsalat bazası və yeni alınmış avtobuslara baxış keçirilib.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...