Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 78 ünvanında yaşayan sakinlər ərazidəki tamamilə qurumuş iri ağacın güclü külək zamanı aşma təhlükəsi yaratmasından narahatdırlar.
Təhlükəli vəziyyətdə olan bu ağacın elektrik dirəklərinin yaxınlığında yerləşməsi ehtimal olunan faciəli qəza riskini daha da artırır. Bir ay öncə eyni vəziyyətdə olan və aşan başqa bir ağacın qalıqları isə aidiyyəti qurumlar tərəfindən ərazidən hələ də tam təmizlənməyib.
Sakinlərin aidiyyəti qurumlara dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, təhlükənin aradan qaldırılması üçün hələ də heç bir tədbir görülməyib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...