Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
Bakının Səbail, Suraxanı və Qaradağ rayonlarında qaz xəttində sızma aşkar olunub.
Bu barədə BAKU.WS Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində sızmaların aradan qaldırılması məqsədilə fevralın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
№1 Çörək Zavodu: İstehsal prosesi texnoloji və sanitariya normalara uyğun şəkildə həyata keçirilir
"Xəzri TN" MMC-nin tərkibində fəaliyyət göstərən №1 Çörək Zavodunda istehsal prosesinin müəyyən edilmiş texnoloji və sanitariya normalarına uyğun şəkildə həyata...