Bakının üç rayonunda qaz olmayacaq
"Alatava" QPS-dən qidalanan "Mikrorayon" 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin "Duvannı" QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, 26.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək "Mikrorayon" ölçü qovşağından və "Duvannı" QPS-dən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan BAKU.WS-ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən "Main" MTK-nın qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
"Qobu" stadionunda aparılan təmir işləri niyə yarımçıq qalıb?
Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən mərkəzi stadionda aparılan təmir işləri artıq iki aydır ki, yarımçıq qalıb. Bu barədə Baku TV-nin qaynar xəttinə dax...