Bakının Şərifzadə küçəsinin bitməyən problemi

Bakının Şərifzadə küçəsinin bitməyən problemi
Video
Sosial 459

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakının Şərifzadə küçəsində "İnşaatçılar" metro stansiyasının keçidlərindən birinin ətrafında yaşanan problem barədə məlumat verilib.

Bildirilib ki, metro stansiyaya giriş həm də yeraltı keçid funksiyasını daşıyır. Lakin bəzi piyadalar qısa olsun deyə avtomobil yolundan keçirlər:

"Gün ərzində bu nöqtədə kifayət qədər qəza şəraiti yaranır. Avtobus zolağında dayanan piyadalar, avtomobillərin önünə atılanlar, hərəkət hissəsində sərnişin mindirib-düşürən sürücülər, bir sözlə, bu ərazidə xaotik vəziyyət hökm sürür".

O da qeyd olunub ki, avtobus zolağının salınması avtomobillərin sərnişin mindirib-düşürməsini mümkünsüz edir:

"Yaxşı olar ki, bu qədər ictimai iaşə obyektinin olmasını nəzərə alaraq avtomobillərin parklanması üçün əlavə şərait yaradılsın. Bundan başqa, piyadaların rahat hərəkətinin təmin olunması üçün metro stansiyasının girişlərində eskalator və ya pandusların quraşdırılması vacibdir".

Daha ətraflı süjetdə:

Oxşar xəbərlər

Lənkəran Təcili Yardım Mərkəzinin binası TƏMİR OLUNACAQ

Lənkəran Təcili Yardım Mərkəzinin binası TƏMİR OLUNACAQ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Lənkəran Təcili Tibbi Yardım Stansiyasının binasının cari təmiri ilə bağlı tender elan edib. BAKU.WS-in...

6 Sosial 19:10 18 sentyabr 2025

Son xəbərlər