Bakının Mətbuat prospektində təmir işləri yekunlaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mətbuat prospektində təmir işlərini yekunlaşdırıb.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca "İnşaat Norma və Qaydaları"na əsasən lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Sözügedən prospekt müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...