Bakının Heydər Əliyev prospektində avtomobillərin hərəkəti bərpa olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin "Koroğlu" metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.
Qəza baş verəndən dərhal sonra əraziyə agentliyin və aidiyyəti qurumun əməkdaşları cəlb olunmuşdu. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülmüşdü.
Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb və səhər saatlarında qəza aradan qaldırılıb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...