Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub

Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub
Foto Video
Sosial 95

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.

BAKU.WS bu barədə AAYDA-ya istinadən xəbər verir.

Məlumata görə, təmir işləri küçənin "20 Yanvar" dairəsindən "Qələbə dairəsi" istiqamətində icra olunub:

"Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, "İnşaat Norma və Qaydaları"na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb".

Bildirilib ki, sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Oxşar xəbərlər

6 min manat müavinət kimlərə veriləcək?

6 min manat müavinət kimlərə veriləcək?

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik ödəniş veriləcək. Bu barədə m...

241 Sosial 23:27 03 iyul 2025

Son xəbərlər