Bakının hansı küçələrində sıxlıq var? - 27.09.2024
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
8. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...