Bakının ən böyük dairəsində təmir işlərinə başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, təmir nəticəsində burada tam yeni dairəvi hərəkət sxemi təşkil olunacaq.
Layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu, nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir.
Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, mübahisəli nöqtələr minimuma endiriləcək və təhlükəsizlik təmin olunacaq. Bundan başqa, dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...