Bakının daha bir küçəsində boru PARTLADI: İçməli su KÜÇƏYƏ AXDI

Bakının Maştağa qəsəbəsi, Tofiq Kazımov küçəsində boru partlayıb, içməli su əraziyə axır.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidə yaşayan sakinlər bildiriblər ki, problem aylardır həllini tapmır. Həmçinin yaxınlığa tullantıların atılması suyun çirklənməsinə səbəb olur. Bəzi evlərə isə, ümumiyyətlə su gəlmir.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə yoxdur. Boruların köhnə olması problemi daha da artırır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, problemlə bağlı rayon sukanal idarəsi məlumatlandırılıb.
Əraziyə qısa müddətdə baxış keçiriləcək. Vəziyyət qiymətləndiriləcək və bundan sonra istismar qaydalarına uyğun müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, ötən gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsində su borusu partlayıb, içməli su küçəyə axıdılmışdı.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Səhiyyə Nazirliyindən yayılan viursla bağlı RƏSMİ AÇIQLAMA
Hazırda daha çox A qripi qeydə alınır. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib....
