Bakının bu yollarında tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Zərifə Əliyeva küçəsində;
6. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Qalereya
Oxşar xəbərlər
"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?
"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manat...
