Bakının bu küçələrində sıxlıq var - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq var.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Bakı-Sumqayıt şosesi (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində) çox güclü sıxlıq müşahidə olunur.
Eyni zamanda Qara Qarayev prospekti, əsas yol və köməkçi yol - Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində, Yavər Əliyev küçəsi (aeroport şosesinə çıxan yol), Zabrat şosesi (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində), Binəqədi şosesi - (əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə edilir.
Oxşar xəbərlər
Bakıda güclü tıxac yaranıb - ÜNVANLAR
Bu gün səhər saatlarında Bakıda güclü tıxac yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Hazırda Bakı-Sumqayıt şossesi – X...