Bakının bu küçələrində işıqforlar işləmir - ÜNVANLAR

03
sen
2019
09:59
Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki işıqforların işində problemlər yaranıb.Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Məlumatda bildirilir ki, hazırda 9 küçə və prospekt kəsişməsində işıqforlar işləmir.1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi3. 28 may küçəsi-A.Puşkin küçəsi4. A.Puşkin-Ə.Xəqani küçəsi5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi6. Azadlıq prospekti-M.Araz küçəsi7. M.K.Atatürk prospekti-M.Araz küçəsi8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsiİşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bakının bu ərazilərində işıqforlar işləmir
Bakıda bir neçə küçədə işıqforlar işləmir.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazı...
