Hazırda bu küçələrdə svetofor işləmir (SİYAHI)

17
may
2019
12:44
Elektirik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir.Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bu gün bu yollarda hərəkət məhdudlaşdırılır - SİYAHI
Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana ziyarətlə əlaqədar paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırıla...
