Bakının bu hissəsində işıq olmayacaq
Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, iyulun 17-də Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək.
Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla Məmmədbəyli, Nazim İsmayılov, Səmədbəy Mehmandarov, Yavər Əliyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Yeni binalarda qaraj xaosu: Minlərlə sakinin ortaq parkinq PROBLEMİ
Paytaxtda yeni inşa olunan binalarda yaşayan sakinlər arasında ən çox səslənən narazılıqlardan biri parkinq problemidir. Müasir görünüşlü, göz oxşayan binalar i...