Bakının bu ərazisində küçə itləri insanları qorxuda saxlayır
Bakının Xətai rayonu ərazisində yaşayan insanlar küçə itlərinin əlindən zara gəlib.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinn kəsişməsində küçə itləri çoxalıb.
"Son zamanlar yaşadığımız məhəllədə küçə itlərinin çoxalması ciddi narahatlıq doğurur. Xüsusilə axşam saatlarında və səhərlər həmin itlər insanlara hücum edir. Hürərək uşaqlar, qadınlar və yaşlı sakinlər arasında qorxu yaradır. Bu vəziyyət həm təhlükəsizlik, həm də sağlamlıq baxımından risklidir.
Bir neçə dəfə şahid olmuşuq ki, itlər uşaqların və sakinlərin üstünə cumaraq təhlükəli vəziyyət yaradıb. Bu hal insanların küçədə sərbəst hərəkətinə mane olur, uşaqlar məktəbə, sakinlər isə gündəlik işlərinə rahat gedə bilmirlər", - deyə şikayətçilər bildiriblər.
Oxşar xəbərlər
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu və Xətai rayonlarında qaz təchizatında qısamüddə...