Bakının bu ərazisində İŞIQ OLMAYACAQ
Bu gün elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir işləri aparılacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Mikayıl Mikayılov və Asəf Zeynallı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
7 mindən çox şəxsə yaş, əlillik və ailə başçısını itirməyə görə pensiya verilib
2026-cı ilin yanvar-fevral ayları ərzində 7 857 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə BAKU....