Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Təmir işləri ilə əlaqədar sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd ounub ki, təmir işləri ilə əlaqədar olaraq aşağıdakı küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq:
- Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu – 2 sentyabr saat 09:00-dan;
- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi – 2 sentyabr saat 10:00-dan;
- Xətai rayonu, Abdulla Rəhimov küçəsi – 3 sentyabr saat 08:00-dan.
Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İst...