Bakının bəzi məktəblərində istilik problemi yaranıb
Bakıda bəzi məktəblərdə istiliklə bağlı problem yaranıb.
BAKU.WS-in məlumatına görə, sözügedən hal 189-190 nömrəli tam orta məktəblərdən və 20 nömrəli məktəb liseydə, eləcə də bəzi digər məktəblərdə qeydə alınıb.
Bildirilib ki, 189-190 nömrəli tam orta məktəblərdə artıq 3-cü gündür ki istilik sistemi işləmir. Şagirdlər qışın soyuğunda sinif otaqlarında qalın geyimlərdə əyləşməyə məcbur olurlar. 20 nömrəli məktəb liseydə isə 2 gündür olmayan istilik istilik bu gün verilməyə başlayıb. Lakin iri təhsil ocağının otaqları təəssüf ki hələ də soyuqdur.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, 189-190 nömrəli tam orta məktəb Azəristiliktəchizat tərəfindən, 20 nömrəli məktəb lisey fərdi qazanxana vasitəsilə istiliklə tərəfindən təmin olunur. Qısamüddətli texniki problem olub və həll edilib. Hazırda hər iki məktəbin istilik təminatı davam edir.
Oxşar xəbərlər
Azərbaycanlı akademik Xudu Məmmədovun doğum günüdür
Bu gün Azərbaycanın tanınmış professoru, akademik Xudu Məmmədovun doğum günüdür. BAKU.WS xəbər verir ki, Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağ...