Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi ərazilərində işıq olmayacaq
Sosial 1042

Bu gün Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə BAKU.WS "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ daxil olan Şüvəlan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 9-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Şüvəlan-Qala yolunun sol kənarında, Çöl Şüvəlan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ

Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ

Yer kürəsində Günəşdə baş verən alışmadan sonra maqnit qasırğası başlayıb. BAKU.WS xəbər verir ki, bu barədə martın 21-də Rusiya Elmlər Akademiyasının Kosmik Tə...

10 Sosial 11:44 21 mart 2026

Son xəbərlər