Bakının Baş Planında Xırdalan və Masazıra metro çəkilməsi var? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Şərti adı "B-4" olan stansiyanın inşaasından sonra konseptual inkişaf sxeminə uyğun olaraq yeni tikiləcək metrostansiya var, amma inşaası barədə danışmaq tezdir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, “Bakı Metropoliteni” inşaat işlərinə kompleks şəkildə yanaşır və Bakının Baş Planına uyğun uzlaşdırma aparır. İstənilən halda prioritet vəzifə xətlərin ayrılması olaraq qalır. Buna görə, "B-4" stansiyasından sonra hansı stansiyanın inşa ediləcəyini indidən demək olmur.
Bakının Baş Planında Xırdalan və Masazır istiqamətində metro stansiyaların inşa edilməsi nəzərdə tutulmayıb".
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...