Bakının 3 rayonunda qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...