"Malakan bağı"nda quşları öldürmək üçün dərman səpilib? - ŞOK İDDİA+ VİDEO
Bakıda "Malakan" bağı kimi tanınan ərazidə sakinlərin narahatlığına səbəb olan olay baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Sakinlər iddia edir ki, bağda ağacların ətrafına xüsusi dərman səpilib. Bu dərmanın tökülməsində məqsəd quşların tələf edilməsidir.
Bağın ətrafına dərmanların tökülməsi azyaşlı uşaqlar və ev heyvanları ilə ora dincəlməyə gələn sakinləri qorxuya salıb. Əgər bu dərmanlar həqiqətən öldürücülük qabiliyətinə malikdirsə, onda ətrafdakılar üçün real təhlükə yaradır.
Məsələ ilə bağlı ərazidən məsul olan Bakı Abadlıq Mərkəzi ilə əlaqə saxladıq. Həqiqətən bağın ətrafına dərman səpilməsini, bunun təhlükəli olub-olmamasını aydınlaşdırmağa çalışdıq.
Məsələ ilə bağlı Bakı Abadlıq Mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, iddialar həqiqəti əks etdirmir:
“Bağ ərafına səpilən dərmanın adı ”Nitroammofos”dur. Bu dərman həm qazon, həm də bitkilərə qış aylarında verilir ki, daha çox vitamin olsun. Əvvəlki illərdə peyin verilirdi. Lakin bizim qurum artıq bu dərmandan isifadə edir. Çünki şəhərin mərkəzində iy gəlir.
”Nitroammofos” bütün bitkilərə və torpağa gücləndirici minireal kimi verilir. Bu dərmanın quşlara heç bir ziyanı yoxdur. Quşlar ümumiyyətlə onu yeməz. Həmin dərmanın üzərinə su düşən kimi toprağa qarışır".
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...