Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilir - VİDEO

Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilir - VİDEO
Foto Video
Sosial 209

Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı (“Jen Mironosits” pravoslav kafedralı) kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, saat 12.00-da şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

“Jen Mironosits” kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır. Arxiyerey Aleksandr İşein və kilsənin baş keşişi Leonid Miltıxın iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilir və şəhidlərin ruhuna dualar oxunur.

Qeyd edək ki, Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusunun şəhid olduğunu açıqlayıb.

Prezident İlham Əliyev 4 dekabr saat 12:00-da bütün Azərbaycan ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi barədə sərəncam imzalayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda pravoslavlara yardım verildi - FOTO

Azərbaycanda pravoslavlara yardım verildi - FOTO

Pasxa bayramı münasibətilə Rus İcmasının üzvlərinə sovqat verilib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gə...

178 Sosial 13:30 21 aprel 2020

Son xəbərlər