Bakıda Zəfər yürüşləri keçirildi
Zəfər Gününün beşinci ildönümü münasibətilə bu gün Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə üç istiqamətdə təşkil olunan yürüş başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Şəhidlər xiyabanından başlanan yürüş "Alov Qüllələri" Kompleksi - metronun "İçərişəhər" stansiyası - Qoşa qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi istiqamətində davam edib, Bəhram Gur heykəlinin yanında başa çatıb.
Q.Musabəyov parkından başlanan yürüş isə Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti istiqamətində davam edib, Şəhidlər xiyabanında başa çatıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
"Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından başlanan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli istiqamətində davam edib, Neftçilər prospektində başa çatıb.
Hər üç yürüşün sonunda Dövlət Himni səsləndirilib.
Qalereya
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır
Bakının daha iki yol sahəsində təmir işləri aparılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bil...