Bakıda yolun təmiri vətəndaşları çıxılmaz hala salıb

Bakıda yolun təmiri vətəndaşları çıxılmaz hala salıb
Video
Sosial 172

Bakının Nərimanov rayonu ərazisində bir neçə müddətdir yol bərbad vəziyyətdədir. Ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib, nə də proses yekunlaşır.

Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə kütləvi şəkildə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, "Ulduz" metrostansiyasının yaxınlığı bərbad günə düşüb. Heç bir tədbir görülmür.

"145 saylı avtobusun dayanacağı istiqamətində yolda təmir işləri aparılıb. İşlər tam bitməyib. Ərazi təmizlənməyib. Yol bərbad gündədir. Bir az yağış yağan kimi də, yol keçilməz hala düşür. Dəfələrlə lazımı yerlərə şikayət olunsa da, heç bir tədbir görülməyib", - deyə şikayətçi bildirib.

Sözügedən yoldakı vəziyyətin görüntülərini təqdim edirik:

Ziya SƏCCAD

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 17 yolda nəqliyyatın sıxlığı müşahidə olunur

Bakıda 17 yolda nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...

0 Sosial 08:47 09 oktyabr 2026

Son xəbərlər