Bakıda xəstəxanada karantin qaydaları pozuldu? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.
Söhbət M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinika şöbəsindən gedir. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların növbəsiz şəkildə kabinetlərə daxil olduğu və dəhlizlərdə sıxlıq yarandığı müşahidə edilir.
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı “oxu.az”ın sorğusuna cavab verən Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, sosial şəbəkədə yayılan foto kəskin hava şəraiti müşahidə edilən zaman lentə alınıb:
“Xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib”.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...