Bakıda tıxacsız hərəkət neçəyə başa gəlir?
Dünyanın bir çox ölkəsində olduğu kimi, Bakıda da velosiped və skuter sürənlərin sayı günü-gündən artır. Bu nəqliyyat vasitələrinə marağın əsas səbəbi tıxac probleminin olmamasıdır. Xüsusən də Bakı kimi qalabalıq şəhərdə skuter və velosiped olduqca əlverişli nəqliyyat növü sayılır.
BAKU.WS xəbər verir ki, hazırda belə ekoloji təmiz nəqliyyat vasitələri Bakı ilə yanaşı ölkənin digər iri şəhərlərində - Gəncə və Sumqayıtda da istifadə edilir.
Skuterlərin icarə qiyməti bu xidməti göstərən şirkətlərə görə dəyişir.
Paytaxtda skuter icarəyə götürüb sürməyin qiyməti əsasən 1 dəqiqəyə görə 15-16 qəpik təşkil edir. Bu qiymət standart deyil və bəzi şirkətlərdə qismən daha artıqdır.
Bundan başqa saatlıq tariflər də mövcuddur. Məsələn 60 dəqiqəlik skuter icarəsi günün saatına görə 5-10 manat arası dəyişə bilir.
Velosipedlərə gəlincə isə burada 1 dəqiqəlik icarə haqqı 4 qəpikdən başlayaraq təklif edilir. Lakin bəzi şirlətlər öz istifadəçilərinə sərfəli paketlər təklif edir.
Paketin müddəti əsasən 30 günlük və 1 illik olur ki bu da həmin dövrlərdə istifadə üçün nəzərdə tutulur.
1 aylıq icarə paketi 12 manatdan başlayır. Bu halda vətəndaş hər gün 60 dəqiqə olmaqla bir ay velosped istifadə edə bilər.
Qeyd edək ki, Bakıda velosipedlərdən nəqliyyat növü kimi ilk istifadə 2010-cu ildən başlayaraq velosiped yollarının tikilməsi və ekoloji məsələlərin aktuallaşması ilə bağlıdır.
Skuterlərin isə Bakıya gəlişi daha yenidir. Elektrikli skuterlər, xüsusilə pandemiya dövründə əhali arasında populyarlaşıb.
Banu Hüseynli
Oxşar xəbərlər
"TələbəPlus" kartının sahibləri xüsusi endirimlərdən yararlanırlar? - RƏSMİ CAVAB
Artıq noyabrın 4-dən vahid "TələbəPlus" kartlarının tələbələrə təqdim edilməsinə başlanılıb. Təhsilin İnkişafı Fondundan bildirilib ki, ilk olaraq bu kartlar Ba...