Bakıda tıxaclara son qoyacaq YENİ YOLLAR - Bu istiqamətlərdə...

Bakıda tıxaclara son qoyacaq YENİ YOLLAR  - Bu istiqamətlərdə...
Açıqlama
Sosial 1950

Bakıda və paytaxtın ətraf ərazilərində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə yeni yol və nəqliyyat layihələri icraedilir.

BAKU.WS-in məlumtına görə, şəhərdaxili hərəkətin sürətləndirilməsinə, tıxacların minimuma endirilməsinə hesablanan bu layihələr paytaxt sakinlərinin gündəlik gediş-gəlişini daha rahat və səmərəli etməyi hədəfləyir.

Yeni yolların çəkilməsi, alternativ marşrutların yaradılması və mövcud infrastrukturun genişləndirilməsi Bakının nəqliyyat yükünün əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub:

"Həmin layihələrdən artıq ikisinin icrası davam etdirilir. Sürətlə bu işlər həyata keçirilir. Bu, Bilgəh-Novxanı-Xırdalan M-4 layihəsidir ki, ərazidə sürətli işlər həyata keçirilir. Eyni zamanda akademik Həsən Əliyev küçəsi-"Koroğlu" metro stansiyası avtomobil yolunun Həsən Əliyev və Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi və istismara verilməsi layihəsidir. Bu çərçivədə də işlərimiz sürətlə aparılır. Həmin yol Ziya Bünyadov və Heydər Əliyev prospektinə paralel olaraq inşa edilir. Yeni bir prospektin yaradılması ərazi üzrə ümumşəhər əhəmiyyətli yolun istifadəyə verilməsi ilə həm "Nərimanov" və "Gənclik" istiqamətlərində, həm də digər istiqamətlərdə bu yolu birləşdirən ərazilər üzrə nəqliyyat axınının paylanılması və sıxlığın azalmasını hədəfləyir. Artıq bu layihənin bu ilin sonuna qədər tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Bundan başqa, proqram çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsi ilə əlaqələndirən yeni bir yolun tikintisi də nəzərdə tutulur ki, artıq bu çərçivədə hazırlıq işlərinə başlanılıb. Yaxın müddət ərzində tam sürətlə bu ərazidə də tikinti işlərinin tərəfimizdən başlanması hədəflənir".

Orxan Hüseyn

Son xəbərlər