Bakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi VAXT BİLİNDİ

Bakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi VAXT BİLİNDİ
Sosial 6147

Bakı Metropoliteninin tikilməkdə olan "B3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyanın platformasında mərmər döşənməsinə başlanılıb:

"Tikintinin əsas mərhələsi başa çatıb. Yolun tikintisi tam yekunlaşıb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək".

Qeyd edək ki, şərti adı B3 olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR – 12 stansiya tikiləcək

Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR – 12 stansiya tikiləcək

Bakıda yeni 12 metrostansiyası tikiləcək.Bu barədə Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib. On...

4621 Sosial 14:18 22 fevral 2019

Son xəbərlər