Bakıda tanınmış həkimlərin adından dələduzluq edilib

Bakıda tanınmış həkimlərin adından dələduzluq edilib
Sosial 61

Bakıda tanınmış həkimlər Arif Məmmədov və Cahid Şahbazov adından və fotosundan istifadə edilərək dələduzluq əməli törədilib.

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü R.A internetdən adıçəkilən həkimlərin fotosunu əldə edərək vatsapda profil şəkili qoyub və onların adından istifadə edərək tanışlarından pul alıb.

Təqsirləndirilən şəxs hər iki həkimin adından onların tanışı olan həkimlərə vatsapda yazaraq, müalicəyə ehtiyacı olan uşaqlara yardım kampaniyası keçirildiyini bildirib.

R.A Arif Məmmədovdan bu üsulla 1000, Cahid Şahbazovdan isə 700 manat almağı bacarıb.

Təqsirləndirilən şəxs həkimlərə dəymiş maddi ziyanı ödəyib. "Konstitusiya və Suverenlik İli" münasibətilə onun barəsində amnistiya elan edilib və CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.

Qeyd edək ki, R.A Vətən müharibəsi iştirakçısıdır və o, "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

Son xəbərlər