Bakıda su borusunda baş vermiş qəza aradan qaldırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində su borusunda baş vermiş qəza aradan qaldırıldı.
Bu barədə BAKU.WS-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib.
***16:04
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində su borusu partlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, hadisə nəticəsində içməli su yola axır.
"Təmiz suyun yola axıb israf olması bir dərd, yolda yaranmış süni gölməçə başqa dərd... Borudan axan su həm piyadaların, həm də avtomobillərin hərəkətinə çətinlik yaradır. Çox istərdik ki, tez zamanda boru təmir edilsin, problem aradan qaldırılsın".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...