Bakıda skamya və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyuldu - FOTO

Bakıda skamya və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyuldu - FOTO
Foto
Sosial 239

Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilir ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşırlar ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

Qeyd edilənləri nəzərə alaraq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub:

"Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər.

Həmçinin tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmağa çalışsınlar, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər".

Son xəbərlər