Bakıda yaranmış daha bir problem aradan qaldırıldı

Bakıda yaranmış daha bir problem aradan qaldırıldı
Foto Video
Sosial 901

Paytaxtın Xətai rayonunda piyada səkisinə qanunsuz müdaxilə cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

BAKU.WS-ın əldə etdiyi məlumata görə, səkinin parkinqə çevirilməsi üçün dağıdılması ilə bağlı görüntülər araşdırılıb.

Polis tərəfindən həmin şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbir görülüb.

Bakıda yaranmış daha bir problem aradan qaldırıldı

***15:39

Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən yeni tikilmiş yaşayış binasının sakinləri ciddi narahatlıq yaşayırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İddialara görə, binanın qarşısında yerləşən obyektlərdən biri səki hissəsini qanunsuz şəkildə avtomobil parkinqinə çevirib.

Sakinlər bildirirlər ki, bu vəziyyət piyadaların, xüsusilə yaşlı insanların və uşaq arabası ilə hərəkət edən valideynlərin sərbəst keçidinə ciddi maneələr yaradır.

Məsələ ilə bağlı həmin binanın komendantı ilə əlaqə saxladıq. Komendant bildirdi ki, bəzi sürücülər səkidə avtomobil saxlasa da, burada heç bir iş aparılmır və parkinq salınmır.

Sözügedən kadrları təqdim edirik:

Son xəbərlər